Türkiyə ilə Azərbaycan arasında 15 il müddətinə təxminən 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan saziş imzalanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib.
Nazirin sözlərinə görə, saziş yanvarın 2-də imzalanıb və 2029-cu ildən 2040-cı illərə qədər qüvvədə olacaq:
"Müqaviləyə əsasən, Xəzər dənizində yerləşən "Abşeron" yatağından Türkiyəyə hər il 2,25 milyard kubmetr qaz nəql ediləcək. Qaz tədarükü mövcud Bakı-Tiflis-Ərzurum magistral qaz kəməri vasitəsilə həyata keçiriləcək".
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) məlumatına görə, hazırkı müqavilələr çərçivəsində Azərbaycan 2025-ci ilin yanvar–oktyabr aylarında Türkiyəyə 9,798 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?