Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev MDB liderlərinin fiziki hazırlığından danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Tokayev bunu "Türkistan" qəzetinə müsahibəsində bildirib.
Qazaxıstan liderinin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək daim məşq edir.
MDB-dəki digər həmkarları haqqında danışan Tokayev qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev idman zalında məşq edir, Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped idmanı ilə məşğul olur, Belarus Prezidenti Aleksandr Lukaşenkonu hokkey oynamağa davam edir, "Rəhman (Tacikistan Prezidenti İmoməli Rəhman - red.) səhhətindən şikayət etmir; o, bərkimiş döyüşçü-dənizçidir".
"Beləliklə, bütün həmkarlarım əla formadadır", - o əlavə edib.
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi
- Prezident daha bir fərman imzaladı
- SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik...
- "Azəriqaz" rəhbərliyi Laçında vətəndaşları qəbul edəcək
- TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi
- İlham Əliyev sərəncam imzaladı