Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib:
“Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Prezident İlham Əliyev özünün də iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın 907-ci düzəlişə son qoymasının rəmzi məna daşıdığını ifadə edib.
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi
- Prezident daha bir fərman imzaladı
- SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik...
- "Azəriqaz" rəhbərliyi Laçında vətəndaşları qəbul edəcək
- TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi
- İlham Əliyev sərəncam imzaladı