Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib:
“Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”.
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü