Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı Mübariz Mansimov barəsində istintaqa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, istintaq əsasən bir müddət əvvəl fəaliyyətini dayandıran Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə bağlıdır.
Prokurorluq onunla yanaşı Veysel Şahin, hüquqşünas Ersan Şen və Ekol TV-nin baş redaktoru Emrah Doğru barəsində istintaqa başlayıb.
Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilir ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.
Qeyd edək ki, təxminən iki ildir fəaliyyət göstərən Ekol TV son dövrlərdə yaşanan iqtisadi çətinlikləri əsas gətirərək yayım fəaliyyətini dayandırmaq qərarı vermişdi.
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü