35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib.
"Son siqareti çəkdikdən iyirmi dəqiqə sonra qan təzyiqiniz normallaşacaq, ürək fəaliyyətiniz bərpa olunacaq, əllərinizə və ayaqlarınıza qan axını yaxşılaşacaq. Səkkiz saatdan sonra qanınızdakı oksigen səviyyəsi normallaşacaq və iki gündən sonra qoxu və dad hissiniz yaxşılaşacaq", - o bildirib.
O əlavə edib ki, siqareti tərgitdikdən altı ay sonra idman göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşır və miokard infarktı və ağciyər xərçəngi riski iki dəfə azalır.
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü