Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərtac-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3,8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü