Xamenei deyəsən çox qocalıb. Hakimiyyətə necə gəldiklərini unudub. Adam bir tərəfdən “biz qanla gəlmişik, xoşluqla da gedən deyilik” deyir. Təbii ki, bu sözün bir başqa anlamı “qanla gəlmişik, qanla da gedəcəyik” deməkdir. Amma qanla necə gəldikləri deyəsən qoca ayətullahın yadından tamam çıxıb. Əgər belədirsə, ona bir tarixi faktı xatırlatmağı öz müsəlman borcumuz hesab edirik.
BUTA.TV xəbər verir ki, bunu politoloq Heydər Oğuz bildirib.
“Tarixi faktlar göstərir ki, Rza Pəhləvinin devrilməsinin əsl səbəbi etirazçıları acımazsızcasına qətlə yetirməsi olmuşdur. Zira bu qətliamlar İran xalqını nəinki qorxutmadı, əksinə, hər qətlə yetirilən insanın 40 mərasimi daha geniş xalq kütlələrinin meydanlara axışmasına səbəb oldu. Məhz bu mərasimlər sayəsində hər 40 gündən bir düzənlənən və getdikcə böyüyən etiraz dalğaları sonda Pəhləvi xanədanının yıxılması ilə nəticələndi.
Görünən budur ki, Xamenei “həzrətləri” indi də bu “40 gündən bir” döngüsünü öz xanədanının viran qalması üçün təkrarlayır”, - deyə politoloq əlavə edib.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildən iqtisadi vəziyyətin ağırlığına və dolların kəskin bahalaşmasına etiraz olaraq kütləvi aksiyalar keçirilir. Hakimiyyət aksiyaçılara qarşı sərt cəza tədbirləri görür. İndiyədən mindən çox aksiyaçının qətlə yetirildiyi bildirilir.
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü