Uraldakı (Rusiya) Azərbaycan diasporunun keçmiş lideri, hazırda həbsdə olan Şahin Şıxlinski yeni ittihamla üzləşib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Yekaterinburq sakini Fehruz Şirinov Şahin Şıxlinski və digərlərinə qarşı milyonlarla dollarlıq məhkəmə iddiası qaldırıb.
İddia təkcə Şıxlinskiyə qarşı deyil. Şirinov hazırda istintaq təcridxanasında saxlanılan Səfərov qardaşlarını da məhkəməyə verib.
İddiaçının bildirdiyinə əsasən, 2010-cu ildə Səfərovlar ona qarşı sui-qəsd planı hazırlayıblar.
"Şirinovun adı cinayət işində zərərçəkmiş kimi keçir. O, 22 milyon rubldan çox mənəvi təzminat tələb edir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. İstintaqçılar onu Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirakda və 2001-ci ildə ticarətçi İkram Paşayevin qətlində əli olmaqda şübhəli bilirlər. Şirinov təsadüf nəticəsində sağ qalmağı bacarıb. Hadisədən 15 il sonra iş yenidən istintaqa qaytarılıb.
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü