Cenevrədə BMT-nin Ofisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinqdə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiya nümayəndələri ilə görüşdük.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev X hesabında paylaşımda qeyd edib.
"Vurğuladıq ki, "WUF13Azerbaijan" hökumətlərin, şəhərlərin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə həllərin formalaşdırılması üçün qlobal platforma rolunu oynayacaq. Ümumdünya Şəhərsalma Forumu çərçivəsində tarixində ilk dəfə olaraq Liderlərin Zirvə Görüşü keçiriləcək. Bu isə mənzil və şəhərsalma sahələrinin inkişafı məsələlərinin ən yüksək siyasi səviyyədə liderlik tələb etdiyinə dair mövqeyimizi əks etdirir. Bütün ölkələri və beynəlxalq tərəfdaşları WUF13-də fəal iştirak etməyə dəvət edir, nümayəndə heyətlərini Bakıda qarşılamağı səbirsizliklə gözləyirik", - o bildirib.
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq