Ötən ay baş verən yol-nəqliyyat hadisəsi zamanı başından xəsarət alan 10 yaşlı Sərxanı təcili xəstəxanayana çatdıran şəxsin kimliyi müəyyənləşib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, həmin şəxs polis polkovniki Müşfiq Gözəlovdur.
Müşfiq Gözəlov Şuşanın mərhum icra başçısı Mikayıl Gözəlovun oğludur.
Qeyd edək ki, dekabrın 25-də Bakının mərkəzi küçələrindən birində yol nəqliyyat hadisəsi baş vermişdi. Bu zaman piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılmışdı. Hadisə zamanı qəza iştirakçılarının diqqəti yeniyetməyə yox, öz avtomobillərinə yönəltməsi müzakirələrə səbəb olmuşdu.
Qəzada xəsarət alan yeniyetmə artıq xəstəxanadan evə buraxılıb.
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq