Azərbaycan ərazisi vasitəsilə yaxın vaxtlarda Rusiyadan Ermənistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarük ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan maye qaz idxalı ilə bağlı problemlə üzləşib. Belə ki, Rusiya-Gürcüstan keçid məntəqəsi istiqamətindəki yollardakı vəziyyət və İrandakı naməlum səbəblərdən çətinlik yaranıb. Buna görə də Rusiya maye qazı çox tezliklə Azərbaycan ərazisi ilə Ermənistana çatdırılacaq.
Tədarükün konkret hansı tarixdə başlanacağı barədə məlumat verilməyib.
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq