Yaxın Şərqdə sülh var, heç kim bunun mümkün olacağını düşünmürdü. Biz səkkiz müharibəni həll etmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri Amerika Birləşmiştatlarının Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində deyib.
O, Yaxın Şərqdə sülhün bərqərar olduğunu bildirib və bunun əvvəllər mümkün hesab edilmədiyini deyib. Onun sözlərinə görə, indiyədək səkkiz münaqişə həll olunub.
O əlavə edib ki, daha bir münaqişənin yaxın zamanda həll ediləcəyinə inanır:
“Düşünürəm ki, hansından danışdığımı bilirsiniz. Elə bilirdim ki, bu, asan olacaq, amma ən çətin məsələ məhz bu oldu”, - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti Ukraynadakı müharibəyə toxunaraq, orada insan tələfatının çoxluğunu dəhşətli adlandırıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?