Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanın xarici siyasət məsələləri ilə məşğul olmuş Vardan Oskanyan barədə danışılacaq çox şey yoxdur, çünki onun siyasi və iş təcrübəsi acınacaqlı epizodlarla doludur.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
“Oskanyan Köçəryan dönəmində Mehri bölgəsinin Azərbaycana verilməsi barədə danışıqlara gediləndə öz zəiflik və məğlubiyyətlərini tam anlamırdı. Niyə TRIPP-ə qarşı “Səlib yürüşü”nə başlayıblar? Çünki öz arzularını reallaşdıra bilmədilər. Onlar Ermənistanın suverenliyini ləğv etmək istəyirdilər”, - deputat Oskanyanın TRIPP-i o qədər də əhəmiyyətli layihə hesab etməməsi barədə şərhinə cavab olaraq qeyd edib.
Koncoryanın sözlərinə görə, açıq tənqidlərin digər tərəfi odur ki, müxalifət artıq TRIPP layihəsi işə düşəcəyi təqdirdə bir qədər əlavə pul qazanmaq üçün biznes planları hazırlayır.
Hakim komandanın üzvü əmindir ki, TRIPP Ermənistana rifah gətirəcək, çünki bu, müharibə istəyənlərin maraqlarına da ziddir:
“Müxalifətin strategiyası belədir: Ermənistan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. İndi yaxşı proseslər gedir, buna görə kədərli və bədbəxtdirlər. İnsanlar həyatı seçir, müxalifət isə ölümü seçir, onlar müharibə istəyirlər, amma onların zarıldaması reallığı dəyişməyəcək”.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...