İran Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı İran Azərbaycanın mövqeyini dəstəkləyib:
“İranın ali dini rəhbəri də Qarabağın Azərbaycanın tərkib hissəsi olan İslam torpağı olduğunu bəyan edib. İkinci Qarabağ müharibəsi dövründə İran Cənubi Qafqazda sülhün tərəfdarı olub”.
O həmçinin Prezident Məşsud Pezeşkianın mövqeyinə toxunaraq bildirib ki, İran Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, iki ölkənin ticari-iqtisadi əlaqələrini dəstəkləyir.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?