Azərbaycan-İsrail iqtisadi əlaqələrinin həcmi 360 milyon dolları ötüb.
BUTA.TV xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın üç il əvvəl İsraildə səfirlik açmasından sonra iki ölkə arasında iqtisadi əlaqələr sürətlə artıb və ticarət dövriyyəsi 360 milyon dolları keçib:
“Bu göstəricinin növbəti illərdə daha da yüksələcəyi gözlənilir”.
Gideon Saar Azərbaycanla İsrail arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi sahədə də hər iki ölkə üçün ciddi faydalar yaratdığını vurğulayıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?