İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin deputatları ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bunu o X hesabındakı paylaşımında yazıb.
"Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş əla keçib. Biz İsrail və Azərbaycan arasındakı etimad, qarşılıqlı hörmət, ümumi dəyərlər və maraqlara əsaslanan dərin dostluq haqqında məhsuldar söhbət apardıq. Bu strateji tərəfdaşlığı gücləndiririk!", - deyə o yazıb.
Saarın sözlərinə görə, müzakirələrdə həmçinin deputatlar Anatoli Rafailov, Rasim Musabəyov, Asim Mollazadə və Nigar Arpadarai iştirak ediblər.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?