Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin təsis olunması proseduruna başlamağı təklif edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" nəşrinə müsahibəsində bildirib.
"Azərbaycan əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır. Biz Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görürük. Əminik ki, münasibətlərimiz hər iki ölkənin və gələcək nəsillərin rifahı naminə öz inkişafına davam edəcək. Bu kontekstdə Azərbaycan turizmin və biznesin inkişafını təşviq etməyə davam etmək niyyətindədir və bunun xalqların yaxınlaşmasına, vətəndaşlar üçün faydalı nəticələr yaradacağına inanır. Azərbaycanın Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqi prosedurunu başlatmağı təklifi səyahət, turizm və sosial mübadilələri əhəmiyyətli dərəcədə asanlaşdıracaq", - o deyib.
Səfir hər iki ölkənin yüksəksəviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması üçün münasibətləri dərinləşdirməyə hazır olduğunu qeyd edib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?