Trampın andiçmə günündən indiyə qədər ABŞ-da keçirilən bütün seçkilərdə demokratlar qələbə qazanıblar. Bu gün də istisna deyil, amma bir fərqləndirən məqam var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
“Minnesota ştatının Nümayəndələr Palatasına 2 dairədə (64A və 47A) seçkilər keçirildi və hər iki yeri demokratlar (Meq Luger və Şelli Bak) qazandı.
Maraqlı məqam ondadır ki, Meq Luger öz dairəsində 95% səs topladı, rəqibi respublikaçı Den Uolş isə 4.4% səslə kifayətlənməli oldu.
Belə getsə, bu ilin noyabr ayında Konqresə seçkilərdə ABŞ-ı "mavi dalğa" (“mavi dalğa” - demokratların böyük fərqlə qələbəsi) yox, “mavi sunami” gözləyir”, - o bildirib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?