Son zamanlar sosial mediada sürüdən ayrılaraq yoluna tək davam edən “nihilist pinqvin” mövzusu gündəmdədir.
BUTA.TV xəbər verir ki, Türkiyə mediası bununla bağlı maraqlı video-süjet hazırlayıb.
Bu, həqiqətən bir hekayədir, yoxsa bizə satılan bir düşüncə formasıdır?
Süjetdə bu suala belə aydınlıq gətirilib:
“Alimlər qeyd edir ki, pinqvinlər həyatda qala bilmək üçün mütləq sürü halında yaşamalıdırlar. Sözügedən sənədli filmdə isə bir pinqvin sürüdən ayrılaraq əks istiqamətdə hərəkət edir.
Sosial mediada bu görüntü romantikləşdirilərək, fərqli mənada təqdim olunub. Lakin əsas məsələ sürüdən ayrılmaq yox, toplum içərisində ailəni və dəyərləri tərk etmədən yaşaya bilməkdir. Qaçmaq cəsarət deyil, yalnızlıq isə azadlıq anlamına gəlmir”.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...