Azərbaycan Dəmir Yolları QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.
"Doğma Qarabağın kəşfinə qatarla çıxmaq – Ağdamdan adlayıb Şuşaya, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır", - məlumatda qeyd edilir.
Məlumata görə, sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?