Azərbaycanda 19 mart qısaldılmış iş günüdür.
BUTA.TV Mətbuat.az-a istinadən xəbər verir ki, 20 - 24 mart Novruz bayramı, 20 - 21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.
Bu səbəbdən dövlət və özəl müəssisələrdə 19 martda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.
Qeyd edək ki, 20 -30 mart ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq./
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?