İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, artıq bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən vətəndaşlar elektron ticarət bəyannamələrini identifikasiya nömrəsi ilə edə bilməyəcəklər.
Yeni qərara əsasən, bu xidmətdən yalnız "Asanİmza", "SİMA" və ya "MYGOV / QR" vasitəsilə istifadə etmək mümkün olacaq.
Daşıyıcı şirkətlərin əməkdaşları bildirirlər ki, indiki qaydada həyata keçirilən təsdiq prosesi, yəni fin kod və parol ilı həyata keçirilən bəyənnamə prosesi gücləndirilmiş hesab edilmir.
İqtisadçılar isə hesab edirlər ki, bu addım gömrük və vergi sisteminə nəzarətin güclənirilməsi məqsədi daşıyır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün vətəndaşlara "Asan İmza" və ya "SİMA" elektron imzasını əvvəlcədən əldə etmələri tövsiyə edilir.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?