Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BUTA.TV Unikal.az-a xəbər verir ki, Masallı Ziyalıları İctimai Birliyinin sədri 79 yaşlı Qardaş Fətullayev avtomobil qəzasına düşüb.
Hadisədən sonra xəstəxanaya çatdırılsada, həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil aldıqdan sonra müəllim kimi fəaliyyətə başlamış, Masallı Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. 9 il bu vəzifədə işləyib. Daha sonra 14 il ərzində Masallı Rayon XDS-də sədr müavini, Məişət Xidməti Kombinatının rəisi, yerli istehsal Kombinatının direktoru vəzifələrində çalışıb. Hazırda Masallı ziyalıları İB-nin sədri, YAP Masallı Rayon Təşkilatının, rayon Ağsaqqalar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin Şura üzvü idi.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?