“Yaşıl tikinti” və “yaşıl bina” ilə bağlı təhlil aparılacaq, qanunvericilik təkmilləşdiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Səhiyyə Nazirliyi və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 yanvar tarixli 912 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyini təhlil edib, beynəlxalq təcrübəni araşdırıb normativ hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərini dörd ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...