Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub.
BUTA.TV xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, təqsirləndirilən T.M-nin yetkinlik yaşına çatmadığı əsas gətirilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda baş verib. Ailə münaqişəsi zəminində T.M. 16 yaşlı bacısı F. M-ni kəsici-deşici alətlə qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?