Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib.
Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.
Baş vermiş insidentlər bağlı üç dövlət qurumu rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq faktı təsdiqləyib, şagirdin saxlanıldığını, cinayət işinin başlandığını açıqlayıblar.
Buna baxmayaraq, “İdrak” liseyinin rəhbərliyi baş vermiş hadisəni danmağa çalışıb, xəbərin yayıldığı ilk saatlarda övladları orada təhsil alan validenyləri aldatmağa cəhd göstəriblər.
BUTA.TV Savashmedia-ya istinadla "İdrak" liseyi rəhbərliyinin valideynlərin Vatsap qrupuna göndərdiyi mesajı fotosunu təqdim edir:
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?