Azərbaycan və İordaniya Bakı ilə Əmman arasında mövsümi çarter reyslərindən ilboyu müntəzəm hava əlaqəsinə keçid imkanını müzakirə edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a müsahibəsində İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar bildirib.
"Bakı ilə Əmman arasında mövsümi çarter daşımalarından ilboyu müntəzəm hava əlaqəsinə keçid kommersiya baxımından səmərəliliyinin qiymətləndirilməsi və təhlili mərhələsindədir. Qeyd etdiyim kimi, bu məsələ 2025-ci il noyabrın 26-27-də Hökumətlərarası Komissiyanın iclası zamanı nazirlər səviyyəsində müzakirə mövzusu olub", - o deyib.
Onun sözlərinə görə, turizmin təşviqi üzrə birgə marketinq daxil olmaqla, bir sıra təşəbbüslərin işə salınması üçün institusional baza və icra mexanizmləri artıq yaradılıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?