Kəşfiyyat mənə Kirill Dmitriyevin ABŞ-da təqdim etdiyi “Dmitriyev paketi”ni göstərib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu paketin dəyəri təxminən 12 trilyon dollardır və guya Amerika ilə Rusiya arasında iqtisadi əməkdaşlıq paketidir. Beləliklə, Amerika ilə Rusiya arasında bu və ya oxşar ikitərəfli sənədlərin mümkünlüyü barədə eşidirik”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, media müxtəlif siqnallar ötürür, o cümlədən bu sənədlərdə Ukrayna ilə bağlı məsələlərin də ola biləcəyi iddia olunur.
Zelenski vurğulayıb ki, digər ölkələrlə təhlükəsizlik və iqtisadi əməkdaşlıqla bağlı hər hansı rəsmi müqavilə yalnız Ukraynanın iştirakı ilə imzalanacaq.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?