Quql Android istifadəçilərinə ciddi təhlükə ilə bağlı xəbərdarlıq edib. Şirkətin açıqlamasına görə, dünyada istifadə olunan Android-smartfonların təxminən 40 faizi artıq təhlükəsizlik yeniləmələri almır və bu da onları kiberhücumlar üçün açıq hədəfə çevirir.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, söhbət təxminən 1 milyard cihazdan gedir. Təhlükəsizlik dəstəyi dayandırılan bu telefonlarda aşkarlanan boşluqlar aradan qaldırılmır və nəticədə viruslar, fişinq hücumları, casus proqramlar istifadəçilərin şəxsi məlumatlarına asanlıqla çıxış əldə edə bilir.
Mütəxəssislər bildirir ki, risk xüsusilə köhnə model Android telefonlardan istifadə edənlər üçün yüksəkdir. İstehsalçılar adətən 2–4 ildən sonra bu cihazlara yeniləmə verməyi dayandırır. Lakin istifadəçilər gündəlik olaraq bank tətbiqlərindən, sosial şəbəkələrdən və şəxsi yazışmalardan istifadə etməyə davam edir.
Quql istifadəçilərə tövsiyə edir ki:
Təhlükəsizlik yeniləmələri alan modellərə üstünlük versinlər
Köhnə və dəstəyi kəsilmiş telefonları yenisi ilə əvəz etməyi ciddi şəkildə düşünsünlər
Naməlum mənbələrdən tətbiq yükləməkdən çəkinsinlər
Qeyd olunur ki, mövcud vəziyyətdə köhnə Android-smartfonlar sadəcə texniki cəhətdən zəif deyil, eyni zamanda şəxsi məlumatların oğurlanması üçün real təhlükə mənbəyinə çevrilib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?