Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi işləri başa çatıb.
Bu barədə BUTA.TV-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, artıq yolda avtomobillərin hərəkətinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Qeyd edək ki, iki gündür təmir işləri ilə bağlı ərazidə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən Bakı-Sumqayıt şosesi, Tiflis prospekti, Ziya Bünyadov prospekti, Alı Mustafayev, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal, Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində sıxlıq sıxlıq müşahidə olunurdu.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?