Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir.
Bu barədə BUTA.TV-a DİN-dən məlumat verilib.
Bildirilib ki, müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının məhkumluğu olmayan, qadın cinsli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili sərbəst bilən, həmçinin 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İştirak etmək istəyən şəxslər fevralın 10-dan martın 10-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında - www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?