Ukrayna müharibəsində iştirak edən əslən azərbaycanlı, ”Saxa” ləqəbi ilə tanınan Saleh İsmayılov vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.
Onun sözlərinə görə, İsmayılov müharibədə ağır yaralanandan sonra onkoloji xəstəlik tapıb və elə bu səbəbdən də rəhmətə gedib:
“Saleh İsmayılov Azərbaycan vətəndaşı olmasına baxmayaraq, genişmiqyaslı müharibənin ilk günlərindən könüllü olaraq Ukraynanın müdafiəsinə qalxıb. Ukrayna ordusunun tərkibində, demək olar, bütün qaynar nöqtələrdə döyüşüb.
O, əsl döyüşçü idi. Ukraynada Saxa şərəf, cəsarət və qəhrəmanlığın əsl simvoluna çevrildi”.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?