10 fevral – “Azərişıq” ASC-nin yaranmasının 11 ili tamam olur.
ASC-dən BUTA.TV-a verilən məlumata görə, cənab Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Həmin tarixdən etibarən paytaxtla yanaşı həm də regionların paylayıcı şəbəkələrinin idarəsi Azərişığa həvalə olunub.
11 illik fəaliyyəti dövründə “Azərişıq” ASC paytaxt və regionlarla yanaşı işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda elektrik təsərrüfatının yenilənməsi, əsaslı təmir-bərpa işləri həyata keçirib.
Altı il ərzində azad olunan bütün rayonlarımızda yeni, müasir elektrik şəbəkələri yaradılıb, doğma yurdlarına köçən sakinlər keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Yenidənqurma və təmir-bərpa işləri bu gün də uğurla davam etdirilir.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?