İlk dəfə idi ki, infarkt keçirirdi. Heç vaxt ağrıları olmamışdı. Hətta Türkiyəyə gedəndə də ağrısı yox idi.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimində jurnalistlərə deyib.
"Xəstəxanaya müayinə üçün getmişdi, amma xəstəxanaya da çata bilmədi, dünyasını dəyişdi. Heç nə arzulamıram. Bircə deyirəm – heyif… çox heyif ondan”, - deyə o bildirib.
Qeyd edək ki, Fəzail Ağamalı dünən Ankarada vəfat edib. O uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?