Son illər Xəzər dənizi sahillərində suitilərin kütləvi ölüm halları baş verirdi. İndi isə dənizkənarı ərazilərdə quş cəsədlərinə rast gəlinir. Xüsusilə də, Şıxov çimərliyində xoşagəlməz vəziyyət müşahidə olunur.
Maraqlıdır ki, quş cəsədlərində heç bir kənar müdaxilə görünmür. Sanki açıq dənizdə ölən quşları dalğalar sahilə atıb.
BUTA.TV xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasından Bizim.Media-ya ölən quşların kiçik ağ vağ nəslindən olduğu bildirilib.
“Amma bu quşların hansı səbəbdən öldüyünü deyə bilmərik. Çünki bunun üçün araşdırma aparmaq, cəsədləri analiz etmək lazımdır. Yalnız bundan sonra quşların ölüm səbəbi barədə konkret fikir söyləmək olar”, - deyə qeyd olunub.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?