Çoxdan gözlənilən xəbər: Yutubdan (YouTube) pul qazanmaq nəhayət ki, Ermənistanda işə düşəcək.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın nəqliyyat və infrastruktur naziri Mxitar Ayrapetyan sosial şəbəkə hesabında yazıb.
“Yutubun Ermənistan bazarındakı mövcudluğunu genişləndirmək barədə elanını alqışlayırıq. Bu, Ermənistanın rəqəmsal iqtisadiyyatını, sürətlə böyüyən kontent istehsalçıları/yaradıcıları icmamızı gücləndirmək və Ermənistan kontentinin, mədəniyyətinin və innovasiyasının qlobal görünürlüyünü təşviq etmək istiqamətində atılan vacib bir addımdır.
Ermənistan üçün Yutub kimi platformalar yalnız məzmunla bağlı deyil: onlar iqtisadi imkanlar, rəqəmsal sahibkarlıq və müxtəlif və etibarlı səslər vasitəsilə dezinformasiyaya qarşı ictimai müqavimətin gücləndirilməsi ilə bağlıdır.
Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi, erməni yaradıcılarının və texnologiya şirkətlərinin qlobal rəqəmsal ekosisteminə tam inteqrasiya olunmasını təmin etmək üçün əsas qlobal tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
Amerikalı tərəfdaşlarımızla birlikdə bu müsbət inkişafları davam etdirməyi və Yutub və daha geniş texnologiya icması ilə əməkdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?