"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva dələduzluqda ittiham olunur.
"BUTA TV" xəbər verir ki, tanınmış influser Fidan Zeyn bu iddia ilə çıxış edib. O bildirib ki, Könül Həmzəyeva ona və Azerina adlı tanışına qarşı dələduzluq edib:
"Könül Həmzəyeva tərəfindən etibarımızdan sui istifadə edilərək aldadılmışıq və nəticədə hər ikimizə böyük məbləğdə maddi ziyan dəyib".
İnfluser qeyd edib ki, 2 aydır araşdırılma aparılmasına baxmayaraq, onlara dəymiş maddi ziyan hələ də ödənilməyib.
"Heçvaxt belə birşey etməmişəm, ehtiyac da olmayıb. Baxdım ki, tək əldən səs çıxmır. Aylardır göz yaşı, stres, anam, atam bir neçə ayda sırf bu vicdansıza görə fikirdən qocaldı. Dəstəyiniz çox vacibdir. Səsimiz lazımı yerlərə çatsın", - deyə Fidan Zeyn paylaşım edib.
Qeyd edək ki, onun paylaşımına Daxili İşlər Nazirliyindən reaksiya gəlib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır və araşdırmalarla əmələ hüquqi qiymət veriləcək.
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...
- Sabah bu rayonun səkkiz kəndində işıq olmayacaq
- Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi, yeni mərkəz yaradıldı - FƏRMAN