Gecə saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində, 28 May və Rəşid Behbudov küçələrinin kəsişdiyi nöqtədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BUTA.TV xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, işıqforun qadağanedici işarəsinə məhəl qoymayaraq, hərəkətini davam etdirən minik avtomobili qəzaya düşüb. Belə ki, sürücü yolayrıcına daxil olan digər nəqliyyat vasitəsindən qəfil manevrlə yayınmaq istəyib və bu zaman idarəetməni itirib, işıqfora çırpılıb.
Zərbənin təsirindən 1 ədəd işıqfor sıradan çıxaraq yararsız vəziyyətə düşüb.
Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən zədələnmiş qurğunun yenilənməsi məqsədilə təmir-bərpa işlərinə start verilib.
Məlumat üçün qeyd edək ki, ötən il ərzində paytaxtın inzibati ərazisindəki prospekt və küçələrdə baş verən 55 yol-nəqliyyat hadisəsi zamanı işıqforlara ciddi ziyan dəyib və ya onlar tamamilə yararsız hala gəlib. Bu kimi hallarla bağlı zəruri tədbirlər görülüb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?