Hakim Yeni Azərbaycan Partiyası (YAP) yaxın vaxtlarda bir araya gələrək Ramiz Mehdiyev barəsində müvafiq qərar qəbul etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Modern.az saytına verdiyi müsahibədə millət vəkili, YAP Veteranlar Şurasının təmsilçisi Tahir Rzayev məlumat verib.
Deputat vurğulayıb ki, atılacaq addımlar istintaq prosesinin gedişatından birbaşa asılı olacaq.
"Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən onun qanunsuz əməllərinin sübuta yetirilməsi barədə rəsmi təqdimat verilməlidir. Yalnız bundan sonra onun YAP-a və Veteranlar Şurasına üzvlüyünə birdəfəlik son qoyulmalıdır".
T.Rzayev əlavə edib ki, uzun illər ərzində yüksək postlarda çalışmış bir şəxsin bu cür hallara yol verməsi qəbuledilməzdir.
"Şübhəsiz, təhlükəsizlik xidmətlərinin malik olduğu faktları nəzərdən keçirdikdə aydın olur ki, Ramiz Mehdiyevin partiya sıralarında qalması qeyri-mümkündür. Hakim partiya bu məsələ ilə əlaqədar öz mövqeyini yaxın günlərdə açıqlayacaq", - deyə parlament üzvü fikrini tamamlayıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?