Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınını nəzərə alaraq sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
BUTA.TV xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Qeyd olunub ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.
"Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir. Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir", - məlumatda bildirilib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?