Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.
Bu barədə BUTA.TV-a Dövlət Turizm Agentliyi (DTA) bildirib.
Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlama olub.
"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan otellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə, 18 otelin ulduz kateqoriyasına sahib olduğu barədə sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən otel isə qeydə alınmayıb", - deyə agentliyin məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda Azərbaycanda ulduz kateqoriyalı 283 otel var. Həmin otellərdən 23-ü beşulduzlu, 43-ü dördulduzlu, 101-i üçulduzlu, 84-ü ikiulduzlu, 32-si isə birulduzludur.
Yüksək kateqoriyalı otellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10-u beşulduzlu, 26-sı dördulduzlu, 72-si üçulduzlu, 72-si ikiulduzlu və 28-i birulduzlu otel fəaliyyət göstərir.
Bakıda yerləşən ulduzlu otellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduz kateqoriyalı otellərin 73.5%-i deməkdir.
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...
- Sabah bu rayonun səkkiz kəndində işıq olmayacaq
- Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi, yeni mərkəz yaradıldı - FƏRMAN
- Prezident mühafizəçiləri onları niyə və necə döydü? - VİDEO
- Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...
- Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı
- Bakı-Sumqayıt koridorunda görüləcək işlər - Video
- BƏƏ onu Azərbaycana ekstradisiya etdi