Azərbaycan rəsmiləri artıq bir ilə yaxındır ki, (bəlkə daha çox) ölkəmizdə data mərkəzlərinin qurulması haqqında ABŞ şirkətləri ilə danışıqlar aparır. Səbəb suni intellektin getdikcə ölkələrin milli təhlükəsizliyinə təhlükə yaratmalarıdır. Kiber təhlükələr özünə Sİ daxil etdikdə daha da dağıdıcı və qarşısıalınmaz ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, data mərkəzlərinin qurulması suni intellekt mərkəzlərinin qurulmasına yönəlir və bunun üçün texnologiya transferi zəruridir:
“Lakin bizi, yəni insanlığı gözləyən sürprizlər bu deyil. Bunlardan daha təhlükəlisi suni intellektin hərbi sənayedə tətbiq olunmasıdır. Artıq insansız ölüm vasitələrinin kütləvi istehsalı mümkündür. Bunu qismən Ukrayna müharibəsində görürük, amma daha da artacaq”.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək