İsti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Xidmət rəsmisi bildirib ki, isti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə edilir.
G.Məmmədovanın sözlərinə görə, son 10-15 il ərzində Bakıda havanın maksimal temperaturu fevralda 25 dərəcə isti olub:
"Bu il isə hələ 2026-ci il fevral ayının 17-dək havanın maksimal temperaturunun bölgələrdə və Bakıda, eləcə də Abşeron yarımadasında 20-23 dərəcə istiyədək yüksəlməsi müşahidə olunur".
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi