ANAMA əməkdaşı Xocalıda minaya düşdü

11:42 - 18 Fevral 2026 - HADİSƏ

 ANAMA əməkdaşı Xocalıda minaya düşdü

2026-cı il 18 fevral tarixində işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol