Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

18:26 - 18 Fevral 2026 - GÜNDƏM

 Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

BUTA.TV xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol