Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
BUTA.TV Baku TV-yə istinadla xəbər verir ki, videoda Mənzil Kommunal İstismarı Sahəsinin iki əməkdaşı yerə tum çırtlayıb tökür, bu zaman isə sahənin iki yaşlı əməkdaşı ərazini təmizləyir.
Bu hadisə sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub.
“O əməkdaşların hərəkəti bina sakinləri tərəfindən heç də birmənalı qarşılanmadı. İndiyə qədər belə hadisə görməmişəm. Bu hadisəni görəndə mənə çox pis təsir etdi”, – deyə sakinlərdən biri bildirib.
Sözügedən məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, videogörüntüdəki həmin o iki əməkdaş işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar.
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi
- Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək
- Əli Əsədov iclas keçirdi
- Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi
- Məşhur futbolçu karyerasını başa vurdu