Buraxılış imtahanlarının çətinlik səviyyəsi ötən illə müqayisədə demək olar ki, eynidir. Yəni “bu il çətin, növbəti il asan olsun” prinsipi tətbiq edilmir. İmtahanın asan və ya çətin olması daha çox abituriyentlərin hazırlıq səviyyəsindən asılıdır. Hesab edirəm ki, bu ilin məzunları əvvəlki illərlə müqayisədə daha hazırlıqlıdır. Çünki 2019-cu ildən etibarən tətbiq olunan yeni model üzrə imtahanlarda və sınaqlarda iştirak ediblər və sual tiplərinə bələddirlər. Bu səbəbdən də yüksək bal toplayan abituriyentlərin sayında müəyyən artım ola bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi buraxılış imtahanlarının çətinlik səviyyəsi və bu il gözlənilən nəticələr barədə danışarkən deyib.
“Gələn il qəbul imtahanının xarici dil blokunda nəzərdə tutulan dəyişikliklər ümumi nəticələrə təsir göstərə bilər. Bu baxımdan cari il abituriyentləri üçün mövcud model daha tanış və proqnozlaşdırıla bilən hesab olunur”, - o bildirib.
Qeyd edək ki, 11-ci sinif üzrə buraxılış imtahanı 9 və 15 mart tarixlərində keçiriləcək. Əvvəlki illərin məzunları üçün buraxılış imtahanı 19 aprel tarixində təşkil olunacaq.
- FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirdi
- AZCON-un Müşahidə Şurasına yeni üzvlər təyin edildi
- Onlar çox çalışsalar da, az pensiya alacaqlar - Açıqlama
- Mərkəzi Nəbatat və Dendrologiya Bağı MMC yaradılır
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Ölkədə nikah və boşanmaların sayı...
- Bu halda onların təhsil haqqını dövlət ödəyəcək
- Fərman: Bu materialların dövriyyəsi qadağan ediləcək