Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, 20 fevral saat 23:00-dan 23 fevral saat 08:00-dək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində (Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Eyni zamanda, 21 fevral saat 08:00-dan 23 fevral saat 22:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri, həmçinin zərurət yarandıqda alternativ yollardan istifadə etmələri xahiş olunur.
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi
- Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək
- Əli Əsədov iclas keçirdi
- Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi
- Məşhur futbolçu karyerasını başa vurdu