Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi
- Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək
- Əli Əsədov iclas keçirdi
- Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi
- Məşhur futbolçu karyerasını başa vurdu
- Güclü külək əsəcək - Xəbərdarlıq
- İlham Əliyev fərman imzaladı
- Prezident onları təltif etdi